Fransalı sabiq erməni nazir koronavirusdan  öldü – “erməni soyqırımı”nı bu tanıdıbbackend

Fransalı sabiq erməni nazir koronavirusdan öldü - “erməni soyqırımı”nı bu tanıdıb

Fransanın O-de-Sen departameninin Baş Şurasının sədri, keçmiş nazir Patrik Devedjyan martın 28-dən 29-na keçən gecə vəfat edib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı AFR agentliyi yayıb.

Mənbə bildirir ki, erməni əsilli siyasətçi koronavirus diaqnozu qoyulduqdan sonra xəstəxanaya yerləşdirilmişdi.

Məhz onun fəallığı sayəsində Fransa parlamenti 2001-ci ildə “erməni soyqırımı”nı tanımışdı.

Hazırda Fransada 37 575 koronaviruslu xəstə var. Ölənlərin sayı isə 2314-ə çatıb.

Babək Göyüş

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*