Fransada kişilər qeybə çəkilib? – FOTOFAKTbackend

Fransada kişilər qeybə çəkilib? - FOTOFAKT

Dünyada “demokratiya” carçısı kimi çıxış edən, ancaq bu sözün hərfi mənasından belə xəbərdar olmayan Fransanın əsl siması hər kəsə bəllidir. İşğalçı Ermənistana havadarlıq etməsi, Afrikada törətdiyi qırğınlar, İslam dininə qarşı nifrəti alovlandırması Fransanın dünyanın ən məkrli ölkəsi kimi xarakterizə edilməsi ilə nəticələnib. Ermənistanla “iki bacı” rolunu oynayan Fransanın bu “adı” doğrultmasına dair kifayət qədər sübutlar və faktlar mövcuddur.

KONKRET.az xəbər verir ki, Avropanın mərkəzində olmasına rəğmən Qərbin dünya səviyyəsindəki imicini yerlə bir edən Fransada kişi tapılmır. Elə bu səbəbdən də, Fransanın güləş üzrə gənclərdən ibarət yığma komandasının üzvləri çeçenlərdən təşkil olunub. Ermənistanla “bacı” olan Makron hökumətindən bundan artıq nəsə gözləmək absurddur və sözügedən faktlara təəccüblənməmək lazımdır. Çünki fransızlar yalnız Avropa İttifaqının onlara qazandırdığı böyük üstünlüklərdən və iqtisadi dividentlərdən yararlanaraq “nəhəng dövlət” qurmağa nail olublar. Orta əsrin intibah dövrünü keçən, güclü ordusu və müasir silahları ilə dünyaya meydan oxuyan Fransanın sərbəst güləş üzrə yığma komandaya fransızlardan ibarət kişiləri cəlb edə bilməməsi bu Qərb dövləti haqdakı mifləri sözün əsl mənasında alt-üst edir.

Görünən odur ki, yalnız güclü iqtisadiyyat qurmaq və geniş maliyyə imkanlarına sahiblənmək heç də bütün məsələləri həll etmir. Bir ölkənin yığma komandasının üzvlərinin Fransanın da təhqir etdiyi müsəlman kişilərindən təşkil olunması, fransızlar üçün əsl utancverici hal kimi tarixə düşməlidir və yəqin ki, düşəcək də… Makron və onun administrasiyası isə “papağını qarşısına qoyub yaxşıca fikirləşməlidir”. Pardon, müsəlman aləmində kişilərin başında papaq olub və hətta məclislərdə də bu cür əyləşiblər. Fransızların isə “papaq”dan uzaq toplum olduqlarını yığma komandanın müsəlman çeçenlərdən təşkil edilməsi bir daha sübuta yetirir.

Müşviq Tofiqoğlu,

KONKRET.az 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*