Fransada Simonyanın telekanal hesabları BLOKLANDIbackend

Fransada Simonyanın telekanal hesabları BLOKLANDI

Fransada Simonyanın telekanal hesabları bloklanıb.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı Fransanın “Le Monde” qəzeti yayıb.

Fransa “Rossiya Сегодня” media qrupunun və RT telekanalının baş redaktoru Marqarita Simonyanın rəhbərlik etdiyi RT France telekanalının hesablarını dondurub.

“Hesabdakı bütün vəsaitlər Xəzinədarlıq Departamentinin tələbi ilə dondurulub. Əvvəlki şərtlər altında işləmək mümkün deyil”, – Fransada yayımlanan Kreml telekanalının baş redaktoru Kseniya Fyodorova yazıb.

Qeyd edək ki, Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatı ilə bağlı rusiyapərəst təbliğat səbəbilə RT və Sputnik Avropa İttifaqında 2022-ci ilin martında qadağan edilib. Buna baxmayaraq, RT France Parisin qərb bölgəsindəki bürosundan fəaliyyətinə davam edirdi.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*