Fransanın “Liberation” qəzeti Şuşanı “ermənilərin mədəni mərkəzi” adlandırdı…backend

Fransanın "Liberation" qəzeti Şuşanı “ermənilərin mədəni mərkəzi” adlandırdı...

“Yaşasın bir qərinədir başımızı qatan və Xarici İşlər Nazirliyimizin hələ də “roluna ümid etdiyi” Rusiya, ABŞ, Fransa həmsədrliyi!..”

Fransanın “Liberation” qəzeti Azərbaycan Respublikasının Ermənistanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin mövqeyinin təbliğ olunduğu foto-məqalə dərc edib.

KONKRET.az-ın məlumatına görə, moderator.az xəbər verir ki, məşhur fransız nəşri bu haqda özünün 3 milyondan çox abunəçisi olan “Tvitter” səhifəsində paylaşım edib.

Məqalədə Qarabağdakı ermənilər “öz muxtariyyətləri(onlara muxtariyyət 1923-cü ildən verilib və Azərbaycan 1994-cü ildən bəri eyni statusu verməyə hazır olduğunu bəyan edir) uğrunda mübarizə aparan” toplum kimi qələmə verilir, Şuşa “ermənilərin 1992-ci ilədək Azərbaycanın işğalında olan mədəniyyət mərkəzi” kimi təqdim olunur, ümumdünya terrorçusu Monte Melkonyan azərbaycanlılar tərəfindən öldürülmüş “məşhur sərkərdə” kimi tanıdılır.

P.S. Yaşasın bir qərinədir başımızı qatan və Xarici İşlər Nazirliyimizin hələ də roluna ümid etdiyi Rusiya, ABŞ, Fransa həmsədrliyi!..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*