Rusiyalı musiqi prodüseri İosif Priqojin Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) məlumat bazasına salınıb.
KONKRET.az xəbər verir ki, bu barədə TASS müvafiq portalda yayımlanan məlumatlara istinadən xəbər verir.
Dərc olunan məlumatlara görə, Priqojinin siyahıya daxil edilməsinə səbəb onun Rusiyanın siyasətini və fəaliyyətini dəstəkləməsidir. Həmçinin qeyd olunur ki, prodüser 2018-ci ildə Rusiya Prezidenti Vladimir Putinin etibarlı nümayəndəsi olub.
Bundan başqa, Rusiyanın xalq artisti Filipp Kirkorov da “War & Sanctions” portalının reyestrinə daxil edilib.
Qeyd edək ki, daha əvvəl müğənni Nikolay Baskovun da Ukrayna kəşfiyyatının məlumat bazasına salındığı bildirilmişdi.
Günay Əli
KONKRET.az
