ABŞ və İran arasında pərdəarxası danışıqlar: Vens prosesə şəxsən qoşulubbackend

ABŞ və İran arasında pərdəarxası danışıqlar: Vens prosesə şəxsən qoşulub

ABŞ-ın vitse-prezidenti Cey Di Vens Qətər və Pakistanın vasitəçiliyi ilə İranla artıq ikinci həftədir dolayı danışıqlar aparır.

KONKRET.az xəbər verir ki, bu barədə “Axios” nəşri mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, görüşlərin əsas məqsədi Tehranla yeni atəşkəs razılaşmasına nail olmaq və nüvə danışıqlarını bərpa etməkdir. Nəşr qeyd edir ki, ABŞ uzun müddətdir bu qədər yüksək səviyyədə İranla dialoq aparmayıb.

Vens Qətərin Baş naziri, şeyx Məhəmməd bin Əbdülrəhman Al Tani, Pakistan Quru Qoşunlarının Baş Qərargah rəisi, feldmarşal Asim Munir və digər vasitəçilərlə şəxsən görüşlər keçirir.
Danışıqlar prosesinə ABŞ tərəfindən Prezident Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner də cəlb olunublar.

Mənbələrin bildirdiyinə görə, danışıqlarda müəyyən irəliləyiş əldə olunsa da, proses olduqca ləng gedir. Tərəflər yaxın günlərdə ABŞ və İran nümayəndələrinin texniki səviyyədə görüş keçirməsi ehtimalını da müzakirə ediblər. Lakin belə bir görüşün keçirilməsi hələ razılaşdırılmayıb.

Məlumatda qeyd olunur ki, Vens iki həftə əvvəl İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzaiyə birbaşa danışıqların bərpasını təklif edən məktub da göndə

Günay Əli
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*