Kiyevdə Şimal körpüsü zədələndi: Hərəkət iki istiqamətdə bağlandıbackend

Kiyevdə Şimal körpüsü zədələndi: Hərəkət iki istiqamətdə bağlandı

Ukraynanın paytaxtı Kiyevdə yerləşən Şimal körpüsü (Severniy most) gecə saatlarında baş verən hücum nəticəsində zədələnib.

KONKRET.az xəbər verir ki, Kiyev meri Vitali Kliçko Telegram kanalında körpünün zədələndiyini bildirib.

Onun sözlərinə görə, hadisədən sonra körpüdə hərəkət hər iki istiqamətdə dayandırılıb.

Məlumata əsasən, noyabrın 7-nə keçən gecə Rusiya qüvvələri Kiyev və Kiyev vilayətində Ukrayna Silahlı Qüvvələrini təmin edən hərbi-sənaye kompleksi, enerji və nəqliyyat infrastrukturu obyektlərinə kütləvi zərbələr endirib.

Günay Əli
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*