Fransız fermerlər supermarketlər şəbəkəsinin logistika mərkəzini bağladılarbackend

Fransız fermerlər supermarketlər şəbəkəsinin logistika mərkəzini bağladılar

Fransada etirazçı fermerlər onları razı salacaq qərarların veriləcəyi günə qədər aksiyalara davam edəcəklərini bildiriblər.

Fransanın cənub-şərqindəki Eks-en-Provens kommunasında yerləşən “Casino” supermarketlər şəbəkəsinin logistika mərkəzi 20 yerli fermer tərəfindən bağlanıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, aksiya gözlənilməz olub. Çünki hökumətin siyasətinə  etiraz dalğası praktiki olaraq aradan qalxmışdı. Qeyd olunur ki, yerli vaxtla səhər saat üçdən fermerlər malları olan yük maşınlarının giriş-çıxışını bağlamağa başlayıblar.

Fermerlər bildiriblər ki, Makron hökuməti Fransanın kənd təsərrüfatını dəstəkləmək üçün kifayət qədər iş görmür. Ona görə də fermerlər nəticə əldə edənə qədər aksiyalarını dayndırmayacaqlar.

Qeyd edək ki,yanvarın əvvəlində bir çox Aİ ölkələrində fermer etirazları baş qaldırıb. Narazı avropalılar tərəvəzləri küçələrə səpib, hökumət binalarını peyinlə örtüblər. Bu yaxınlarda isə yunan fermerləri traktorlarla magistral yolu bağlayıblar.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*