FTX əməkdaşları Anar Məmmədovu Stavropolda həbs etdibackend

FTX əməkdaşları Anar Məmmədovu Stavropolda həbs etdi

FTX əməkdaşları Stavropol bölgəsində Suriyalı yaraqlılara cəlb edilən şəxsi həbs edib.

KONKRET.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Bildirilir ki, həmin şəxsin Azərbaycan vətəndaşı Anar Məmmədovun olduğu aşkar edilib. O, Rusiya vətəndaşları ilə sosial şəbəkələrdə yazışaraq, onları Suriyadakı qanunsuz silahlı dəstələrə qoşulmağa çağırıb.

“Məmmədov Rusiya Federasiyasının ərazisində qalmaq üçün Gürcüstan vətəndaşının saxta pasportundan istifadə edib”, – mənbə bildirib.

Bundan başqa, işə cəlb edənin ən azı üç potensial yaraqlı ilə əlaqədə olduğu bildirilib.

Fevralın 5-də Rostov-Don Cənubi Rayon Hərbi Məhkəməsi Məmmədovu 14 il müddətinə azadlıqdan məhrum edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*