Füzulidə ANAMA-nın əməkdaşını ilan sancdıbackend

Füzulidə ANAMA-nın əməkdaşını ilan sancdı

Füzulidə ANAMA-nın əməkdaşını ilan sancıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən KONKRET.az-a verilən məlumata görə, iyunun 22-də Agentliklə əməkdaşlıq edən RPS Energy Ltd. şirkətinin nümayəndəsini Füzuli rayonunda xidməti vəzifəsini yerinə yetirərkən ilan sancıb.

“Nəticədə nümayəndəyə ANAMA-nın tibbi yardım heyəti tərəfindən ilkin yardım göstərilib. Həkimlərin peşakarlığı sayəsində zərərçəkmişin vəziyyəti operativ şəkildə təhlil olunub və ilk yardım dəstində mövcud olan ilan əleyhinə zərdab vurulub. Zəruri müayinələrdən keçirilməsi üçün nümayəndə xəstəxanaya göndərilib. Vəziyyəti qənaətbəxşdir”, – deyə ANAMA-dan bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*