Fyodor Lukyanov: “Putinin Ermənistana səfərini yasaqlayan qanun qəbulu siyasi jestdir”backend

Fyodor Lukyanov: "Putinin Ermənistana səfərini yasaqlayan qanun qəbulu siyasi jestdir"

“Ermənistanın Roma Əsasnaməsini ratifikasiya etməsi “parlaq siyasi jest”dir. Əgər erməni tərəfi Vladimir Putinin həbsinə order verilməsini mühüm hal hesab etsəydi, şübhəsiz ki, nizamnaməni ratifikasiya etməyə məcbur etməzdi.

KONKRET. az xəbər verir ki, bunu Rusiya mətbuatına müsahibəsində “Rusiya qlobal məsələlərdə” jurnalının baş redaktoru Fyodor Lukyanov Ermənistanın BCM-nin Roma Əsasnaməsini ratifikasiya etməsini şərh edərkən deyib.

“Əgər erməni tərəfi Vladimir Putinin həbsinə order verilməsini mühüm hal hesab etsəydi, şübhəsiz ki, nizamnaməni ratifikasiya etməyə məcbur etməzdi. İndi aydın olur ki, bu, diqqətçəkən siyasi jestdir, lakin Qarabağdakı son hadisələrdən əvvəl də bu mövzu qaldırılanda İrəvan bunun daha vacib olduğu qənaətinə gəlib. Əsas kimi Azərbaycanın cinayət məsuliyyətinə cəlb edilməsinin zəruriliyi göstərilir, baxmayaraq ki, bu işin effektivliyi şübhə doğurur”, – deyə Lukyanov bildirib. Siyasətçi qeyd edib ki, əgər Ermənistan Tacikistan və Moldova kimi qanunu daha əvvəl ratifikasiya etsəydi, o zaman bunu qəsdən anti-Rusiya aktı kimi qiymətləndirməyə əsas olmazdı: “Bu, münasibətlərə köklü təsir göstərə bilən, yəni Rusiya liderinin rəsmi müttəfiq ölkəyə səfərinin mümkünlüyünün qarşısını ala bildiyi indiki məqamda, təbii ki, bu, sadəcə olaraq keçmişdən miras qalmış qərar kimi qiymətləndirilmir”, – deyə ekspert bildirib.,

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*