Ukraynada azərbaycanlı Gündüz Məmmədov bu ölkənin Silahlı Qüvvələrinin Hərbi hüquq-mühafizə Xidmətinin rəis müavini təyin edilib.
KONKRET.az report-a istinadla xəbər verir ki, bu barədə əmri Ukrayna müdafiə naziri Mixayil Fyodorov imzalayıb.
G. Məmmədov əslən Azərbaycanın Gəncə şəhərindəndir. O, uzun müddət Ukrayna prokurorluq orqanlarında işləyib. O, 2014-cü ilin iyulundan – Odessanın prokuroru, 2015-ci ilin dekabrından – Odessa vilayəti prokurorunun müavini postunu tutub.
Ukrayna hakimiyyəti tərəfindən 2016-cı il avqustun 22-də Krım Muxtar Respublikasının prokuroru təyin edilib.
2019-2021 ci illərdə Ukrayna Baş prokurorunun müavini olub.
