Gələcəkdə insanların daha böyük alnı, burunu və iri gözləri olacaq – Alimlərin araşdırmasıbackend

Gələcəkdə insanların daha böyük alnı, burunu və iri gözləri olacaq - Alimlərin araşdırması

İnsan ağılı kompüterə, şüurumuzdakılar isə internetə köçürüləcək.

KONKRET.az xəbər verir ki, “Scientific American” jurnalı dünyanın qabaqcıl alimlərinə insanların gələcəkdə necə olacağına dair suallar verib. 

Onların verdikləri  cavablar hər kəsin marağına səbəb olub.

<

Google mühəndisliyi rəhbəri Ray Kurzvei bildirib ki, parkinson xəstələri və kar insanlar beyinlərinə yerləşdirilən implantlardan onsuz da hazırda faydalanırlar: “2030-cu illərdə bu tətbiq geniş vüsət alacaq. Hətta kompüterlər o qədər kiçik olacaq ki, kapilyarlar vasitəsilə beynimizə asanlıqla daxil ediləcəklər”.

Cleveland Təbiət Tarixi Muzeyinin paleoantropoloqu Yohannes Haile-Selassie bildirib ki, təkamül fasiləsiz bir prosesdir:

“Bu səbəbdən də insanlar yer üzündəki bütün həyat formaları kimi inkişaf edir və inkişaf edəcəklər. Önümüzdəki 1000 ildə bəşəriyyətin süni zəka ilə rəqabət aparmasının yeganə yolu texnologiya ilə birləşmək olacaq. Yəni İnsan ağlını kompüterlərə köçürmək, şüurumuzdakıları internetinə köçürmək mümkün olacaq. İnsanlar daha böyük alnına, böyük buruna, çox iri gözlərə və daha hamar bir rəngə sahib olacaqlar. Elm adamları artıq insan baxışlarını bir-birindən ayıran genomları düzəltmək üçün çalışırlar. Hətta gələcəkdə valideynlər övladlarının görünüşünü belə seçə biləcəklər”. sherq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*