Gələn aydan mənzillər BAHALAŞACAQbackend

Gələn aydan mənzillər BAHALAŞACAQ

“Bu ilin ilk 4-5 ayında mənzil bazarında qiymətdə baş verən dinamik artımlar hazırda müşahidə olunmur. Müəyyən qədər qiymət artımı var, amma bu, nisbi xarakter daşıyır. Ay ərzində orta hesabla qiymət 2-3 faiz dəyişir”.

KONKRET.az xəbər verir ki, bunu açıqlamasında ekspert Ramil Osmanlı deyib.

Onun sözlərinə görə, sentyabr ayının ortalarından etibarən qiymətlər artacaq:

“Bu da mövsümi faktorlarla bağlıdır. İlin əvvəlində dinamik qiymət artımı oldu, müraciətlərin sayı qismən azaldı. Limitdən asılı olaraq ipoteka kreditlərinin verilməsində səngimələr baş verdi. Bu səbəbdən, qiymətlərin artımı nisbi xarakter aldı. Amma ilin sonuna doğru qiymət artımları gözlənilir. Bunun da bir neçə səbəbi var. Tikinti materialları və istehlak bazarında olan qiymət artımları, regional siyasi, iqtisadi və s. amillər buna təsir edir.

Eyni zamanda, Azərbaycanda tikinti ilə bağlı müəyyən inzibati qərarların qəbul olunması və dəyişikliklər də tikintidə qiymət artımının baş verməsinə səbəb olur. Torpaq sahələrinin qiymətinin artması, onların məhdudlaşması, tikintinin dəyərində torpağın xüsusi çəkisinin artmı və s. ilkin bazarda qiymət dəyişikliyinə gətirib çıxarır. Bu da bütün bazar üzrə qiymət artımlarına səbəb olur”.

Bakının hansı ərazilərində evlərin baha qiymətə olmasına gəlincə, ekspert bildirib ki, mərkəzdən başlayaraq kənarlara doğru qiymət azalır.

“Bakının mərkəzində bəzi ərazilərdə yeni tikililərdə təmirsiz mənzillərin 1 m2-nin qiyməti 5 min manatdan çoxdur. Mərkəzdən kənarlaşdıqca bu rəqəmlər azalmaya doğru gedir. Bakı üçün qismən kənar ərazilər hesab olunan Həzi Aslanov, Əhmədli, Yeni Yasamal, Biləcəri və bu kimi ərazilərdə müşahidə olunan qiymətlər 1 m2 üçün 1000 manat üzərindədir. Üç il bundan əvvəl bu rəqəmlər çox aşağı idi. Bu onu deməyə əsas verir ki, qarşıdakı dövrlərdə həmin qiymətlər bir qədər də arta bilər”.

(Unikal)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*