Ankara Rusiya-Ukrayna-Türkiyə sammiti üçün Putinin Türkiyəyə səfərinə hazırlıqlarını açıqlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin Daily Sabah qəzeti yazıb. Gələn həftə Ankarada Rusiya-Ukrayna-Türkiyə sammiti planlaşdırılır.
“Gələn həftə Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri gözlənilir”, – deyə nəşr yazıb.
Ərdoğanın sözçüsü də bildirib ki, Moskva müsbət cavab verərsə, Putin və Zelenski arasında görüş Türkiyədə baş tuta bilər. Kiyev artıq razılaşıb.
Xuraman Etibarlı,
KONKRET.az
