Gəlin maşını işıq dirəyinə çırpıldı – Fotobackend

Gəlin maşını işıq dirəyinə çırpıldı - Foto

Gəncədə toy karvanında gəlin maşını işıq dirəyinə çırpılıb.

KONKRET.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Prospektlə hərəkətdə olan “Mersedes” markalı minik avtomobili idarəetmədən çıxıb. Nəticədə minik maşını yol kənarındakı işıq dirəyinə çırpılıb.

Qeyd edək ki, gəlinin olduğu avtomobili bəy idarə edirmiş. Qəza nəticəsində bəy və gəlin xəsarət almayıb. Ancaq avtomobilə və işıq təsərrüfatına ciddi ziyan dəyib. Bəy və gəlin qəzadan sonra başqa avtomobillə toy mərasimi olan məkana gediblər.

Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.

Gəncədə toy karvanında gəlin maşını işıq dirəyinə çırpılıb - FOTO

Gəncədə toy karvanında gəlin maşını işıq dirəyinə çırpılıb - FOTO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*