Gəmi batdı: 18 ekipaj üzvü İTKİN DÜŞDÜbackend

Gəmi batdı: 18 ekipaj üzvü İTKİN DÜŞDÜ

Yaponiya sahillərində qəzaya uğrayan Çinə məxsus yük gəmisinin ən azı 18 ekipaj üzvü itkin düşüb.

KONKRET.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi Yaponiyanın Sahil Mühafizəsinə istinadən məlumat yayıb.

Bildirilib ki, hələlik komandanın yalnız dörd üzvü xilas edilib.

Agentliyin məlumatına görə, ümumilikdə gəmidə Çin və Myanma vətəndaşları da daxil olmaqla 22 nəfər olub.

Qeyd olunub ki, Honkonqda qeydiyyatdan keçmiş yük gəmisi Naqasaki prefekturasındakı Danco adalarından təcili yardım çağırışı edib. Hadisə yerinə Sahil Mühafizəsinin bir neçə patrul kateri göndərilib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*