Qazaxda gənc oğlan suda boğulub.
KONKRET.az-ın məlumatına görə, hadisə Kür çayının rayonun Yuxarı Salahlı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, gənc oğlan Kürdə çimən zaman batıb.
Hazırda hadisə yerinə hüquq mühafizə orqanların əməkdaşları cəlb olunub, axtarışlar davam edir.
