Gəncə və Bərdə hadisələri haqqında film çəkilir – FOTObackend

Gəncə və Bərdə hadisələri haqqında film çəkilir - FOTO

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Odlar Yurdu” Gənclər İctimai Birliyi tərəfindən “The real truth about Karabakh history” adlı sənədli film çəkilir.

KONKRET.az xəbər verir ki, bu barədə Kulis.az-a filmin quruluşçu rejissoru Pərviz Həsənov məlumat verib.

Layihənin əsas məqsədi gənclər arasında Qarabağ tarixi haqqında məlumat yaymaqdır. Layihədə həmçinin Qarabağ münaqişəsinin başlanması, Vətən müharibəsində müzəffər ordumuzun qazandığı uğurlar, həmçinin erməni qəsbkarlarının ötən ilin oktyabrında Gəncə şəhəri və Bərdə rayonunda dinc əhalini bombardmana məruz qoymasından söhbət açılır. Həmçinin bu terrorda şəhid olan və  ağır yaralanan əhalinin başına gətirilən bəlalar da layihənin əsas məqsədlərindən biridir

Qeyd edək ki, layihənin rəhbəri Nigar Ələsgərova quruluşçu rejissoru Pərviz Həsənov, rejissoru Elçin Ağazadə, ssenari müəllifi Pərviz Seyidli, prodüsser Vüqar Əliyev, icraçı prodüsser Fuad Cəfərov, layihənin meneceri Əziz Məmmədovdur.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*