Gəncədə avtobusun vurduğu piyada öldübackend

Gəncədə avtobusun vurduğu piyada öldü

Gəncədə piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

11 saylı xətt üzrə işləyən mikroavtobus yolu keçmək istəyən 1934-cü il təvəllüdlü Abbasov Eldar Qara oğlunu vurub. Yaşlı kişi sürücü tərəfində xəstəxanaya aparılıb. Lakin həkimlərin səyinə baxmayaraq, Eldar Abbasovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*