Gəncədə yol nəqliyyat hadisəsi baş verib.
KONKRET.az xəbər verir ki, hadisə şəhərin 28 May küçəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Mercedes” markalı minik maşını idarə etməni itirib. Nəticədə avtomobil yol kənarındakı ağaca çırpılıb. Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır. /Apa/