Gəncədə qəzada xəsarət alan şəxs xəstəxanada öldübackend

Gəncədə qəzada xəsarət alan şəxs xəstəxanada öldü

Dünən Gəncə şəhər ərazisində yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az-ın məlumatına görə, qəzada xəsarət alan, 1984-cü il təvəllüdlü Vahid Salahov bu gün müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Avtomobil qəzasında daha bir nəfər, 1975-ci il təvəllüdlü Bayram Bağırov da xəsarət alıb.

Hazırda onun müalicəsi davam edir.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*