Gənclər narkomaniya əleyhinə maarifləndirildi – FOTObackend

Gənclər narkomaniya əleyhinə maarifləndirildi - FOTO

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2019-cu il 22 iyul tarixli sərəncamı ilə təsdiq olunmuş “ Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq Azərbaycan İstiqlal muzeyində “Narkomaniyaya birlikdə yox deyək!”adlı tədbir keçirilib.

KONKRET.az xəbər verir ki, narkomaniyaya qarşı mübarizə tədbirlərinin həyata keçirilməsində əsas məqsəd gənclərin narkomaniya haqqında maarifləndirilməsi, yeniyetmələr və gənclər arasında təbliğatın aparılması və sağlam həyat tərzinin qorunub saxlanılmasıdır.

Tədbirdə Bakı şəhəri Narkoloji Mərkəzinin həkim-narkoloqu Fizzə Baxışova, BDU psixologiya kafedrasının müəllimi, psixologiya üzrə fəlsəfə elmləri doktoru Nigar Nəsirova , BDU THT sədri Murad Muradov və 3-cü kurs tələbəsi Nuray Cəfərova insanların sağlamlığını, həyatını ciddi təhlükə altına alan narkomaniyanın qarşısını almaq istiqamətində maarifləndirici çıxışlar ediblər. Tədbir zamanı psixoloq Nigar Nəsirova tərəfindən iştirakçılar üçün proektiv metodika keçirilib.

Psixoloq qeyd edib ki, narkomaniyaya qarşı cəmiyyətin bütün üzvləri mübarizə aparmalı, yeniyetmə və gənclər arasında maarifləndirmə tədbirləri mütəmadi olaraq təşkil edilməlidir.

Tədbirdə Bakı Dövlət Universitetinin 2-ci və 3-cü kurs tələbələri iştirak etdilər.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*