Nəsimi Musayevin işi məhkəməyə göndərildibackend

Nəsimi Musayevin işi məhkəməyə göndərildi

Ermənistan Baş Prokurorluğu Azərbaycan hərbçisi Nəsimi Musayevə dair ittiham aktını məhkəməyə göndərib.

KONKRET.az xəbər verir ki, işə Sünik məhkəməsində baxılacaq.

Xatırladaq ki, oktyabrın 1-də Azərbaycan vətəndaşı və hərbçi Nəsimi Musayev Sisian icmasının Şəki kəndində, 6-cı küçədə yerləşən 20 nömrəli evə qanunsuz olaraq daxil olub və aşkar edildikdən sonra atəş açıb.

1987-ci il təvəllüdlü Ani Avetisyan atışma nəticəsində yaralanıb.

Daha sonra Azərbaycan vətəndaşı qaçıb. Görülən tədbirlərdən sonra Musayev tapılıb.

Şəkidə baş verən hadisə ilə bağlı Ermənistan Cinayət Məcəlləsinin 5 maddəsi ilə cinayət işi başlanıb və Musayev 2 ay müddətinə həbs edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*