“Metrodakı yanğınla bağlı yayılmış xəbər əsassızdır” – VİDEObackend

“Metrodakı yanğınla bağlı yayılmış xəbər əsassızdır” - VİDEO

Sosial şəbəkələrdə bu gün “Gənclik” metrosunda yanğın olması ilə bağlı məlumat yayılıb.

KONKRET.az xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bu barədə xəbəri təkzib edib.

Qurum rəsmisi bildirib ki, bu gün metropolitendə hər hansısa bir neqativ hal yaşanmayıb:

“Metrodakı yanğınla bağlı yayılmış xəbər əsassızdır. Dünən Bakı metropoliteninin “Gənclik” stansiyasında sərnişinin əlindən iki kimyəvi təmizləyici vasitə yerə düşdüyü üçün reaksiya nəticəsində alışma baş verib. Bu gün isə qatarların hərəkət qrafikinə ciddi şəkildə əməl olunması da daxil olmaqla metroda neqativ hallar yaşanmayıb”.//Qafqazinfo

***

16:20

Gənclik metrosunda yanğın baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə görüntülər sosial mediada yayılıb.

Yanğına dərhal müdaxilə edildiyi bildirilir.

Məsələ ilə bağlı araşdırmalar davam etdirilir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*