“General Motors” yarım milyona qədər avtomobilini GERİ ÇAĞIRIRbackend

“General Motors” yarım milyona qədər avtomobilini GERİ ÇAĞIRIR

“General Motors” təhlükəsizlik kəmərləri ilə bağlı problemi həll etmək üçün ABŞ-da 484 000-dən çox yolsuzluq avtomobilini geri çağırır.

KONKRET.az xəbər verir ki, 2021 və 2022-ci il istehsallı “Chevrolet Suburbans” və “Tahoe”, “Cadillac Escalade” və “GMC Yukon” geri çağırılır.

Avtomobil istehsalçısı bildirir ki, istehsal qüsuru səbəbindən təhlükəsizlik kəmərləri qəza zamanı sərnişini düzgün tutmaya bilər və bu, xəsarət alma riskini artırır.

Hələlik bu problemin fəsadları ilə bağlı məlumat yoxdur.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*