General nazir müavini təyin edildibackend

General nazir müavini təyin edildi

Fövqəladə Hallar Nazirliyində (FHN) yeni təyinat olub.

KONKRET.az xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəhbəri, general-mayor Adil Ələsgər oğlu Abdullayev nazir müavini vəzifəsinə təyin olunub.

Qeyd edək ki, daha əvvəl bu vəzifədə general-leytenant Nazim Məmmədov olub. O, 2022-ci ilin avqustunda dünyasını dəyişib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*