Generalın korteji partladıldıbackend

Generalın korteji partladıldı

Yəmənin hökumət qüvvələrinin komandanlarından birinin korteji ölkənin müvəqqəti paytaxtı Ədən şəhərində hücuma məruz qalıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Belə ki, kamikadze avtomobil karvanının keçdiyi yolda minalanmış avtomobili partladıb. Kortejdə olan nəqliyyat vasitələrinin birində 4-cü hərbi dairənin birgə əməliyyatlarının komandanı general Saleh Əli Həsən olub.

2012-ci ildən bu vəzifəni tutan general xəsarət almayıb. Onun mühafizəçiləri arasında yaralıların olması barədə xəbərlər var, lakin bu da hələ təsdiqini tapmayıb. Bu, son iki ayda Ədəndə üçüncü belə hadisədir. Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*