Geosiyasətdə yeni Çin-Rusiya DÖVRÜ: ABŞ-ın rəhbərlik etdiyi Qərbin qlobal hökmranlığı SONA ÇATIRbackend

Geosiyasətdə yeni Çin-Rusiya DÖVRÜ: ABŞ-ın rəhbərlik etdiyi Qərbin qlobal hökmranlığı SONA ÇATIR

Vladimir Putinin Pekinə səfəri zamanı qəbul edilən birgə bəyanat beynəlxalq münasibətlərin prinsipcə yeni strukturuna keçidin simvoludur.

KONKRET.az xəbər verir ki, bu barədə Britaniyanın “Daily Telegraph” qəzeti məqalə dərc edib.

Nəşr qeyd edir ki, Putinin ciddi beynəlxalq gərginlik dövründə Çin prezidenti Si Cinpinlə görüşü “yeni geosiyasi eranın” başlandığını göstərir. Qəzet yazır ki, bundan sonra ABŞ-ın rəhbərliyi ilə Qərbin qlobal hökmranlığının sona çatması təbii qəbul edilməyəcək və sonuncu bununla razılaşmayacaq”.

“Daily Telegraph” qəzetinin yazdığına görə, onilliklər boyu aşağılanmadan sonra Rusiya və Çin ayaqları üzərində dayanmağı bacarıb və indi “Soyuq Müharibə”dən sonrakı ədalətsiz dünya nizamını alt-üst edəcək”. Eyni zamanda Putini bu vəziyyətdə “birbaşa qalib” adlandırırlar. Nəşr hesab edir ki, Çinin müttəfiqi olması Rusiyaya dünya siyasi səhnəsində öz mövqeyini möhkəmləndirməyə, eləcə də Ukraynaya hipotetik müdaxilə halında Qərbin mümkün sanksiyalarının nəticələrini yumşaltmağa imkan verəcək. Qəzetin yazdığına görə, Rusiyanın ABŞ və NATO-ya qarşı təhlükəsizlik zəmanəti ilə bağlı tələblərinin birgə bəyanatda əks etdirilməsi, Qərb dövlətləri ilə dialoqda kozır kimi istifadə oluna bilər.

“Rusiya böyük nüvə arsenalına, səmərəli və döyüş təcrübəsinə malik orduya sahiblənsə də, daha ​​zəngin və daha çox əhalisi olan ÇXR-dir. Moskva və Pekinin ümumi məqsədi isə “Pax Americana”ya (İkinci Dünya Müharibəsindən sonra, ABŞ-ın dünyanın ən böyük hərbi və diplomatik güc olduğunu təsvir edən ifadə) son qoymaqdır” – deyə qəzet bildirib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*