“Gərginliyə görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür” – İlham Əliyevbackend

"Gərginliyə görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür" - İlham Əliyev

Azərbaycan Prezidenti İlham Əliyev son günlər baş verən gərginliyə görə bütün məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü bildirib.

KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycanın dövlət başçısı avqustun 5-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışığında bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, Ermənistan Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində növbəti dəfə hərbi təxribat törədib və nəticədə hərbi qulluqçumuz həlak olub. Silahlı Qüvvələrimiz tərəfindən zəruri tədbirlər görülməklə bu təxribatın qarşısının alındığını vurğulayan dövlətimizin başçısı baş vermiş gərginliyə görə bütün məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*