Gömrükdə 6000 ədəd “King” markalı siqaret aşkarlandıbackend

Gömrükdə 6000 ədəd "King" markalı siqaret aşkarlandı

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat idarəsinə daxil olan məlumat əsasında “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Vaz 21150” markalı avtomobil kinoloji xidmət itinin reaksiyası nəticəsində saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub.

KONKRET.az xəbər verir ki, Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Daha sonra avtomobilə gömrük baxışı keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin arxa oturacağının arxasında xüsusi düzəldilmiş gizli saxlanc yerində 6000 ədəd “King” markalı siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*