“Google” şirkətinə qarşı təzminat işi açıldıbackend

“Google” şirkətinə qarşı təzminat işi açıldı

Avropada 30-dan çox media şirkəti ABŞ-də yerləşən “Google” axtarış sistemini reklam texnologiyasındakı dominant mövqeyindən sui-istifadə etdiyi iddiası ilə məhkəməyə verib.

KONKRET.az xəbər verir ki, bununla bağlı BBC məlumat yayıb.

Açıqlamada Avropa Komissiyasının 2023-cü ildə eyni məsələ ilə bağlı etiraz bəyanatı dərc etdiyi vurğulanıb.

“Əgər “Google” öz dominant mövqeyindən sui-istifadə etməsəydi, media şirkətləri reklamdan əhəmiyyətli dərəcədə yüksək gəlir əldə edər və reklam texnologiyası xidmətləri üçün daha aşağı ödənişlər ödəyərdi”, – deyə bəyanatda bildirilir.

Qeyd edək ki, Alman media şirkəti Axel Springer və Norveçdə yerləşən Schibsted media qrupu, o cümlədən Polşa, Finlandiya, Avstriya, Danimarka, Belçika, İsveç, İspaniya, Portuqaliya, Çexiya, İsveçrə, Rumıniya, Bolqarıstan, Slovakiya, Macarıstan, Hollandiya və Lüksemburq Google-a qarşı iddia qaldıran şirkətlər arasındadır. Sözügedən ölkələr şirkətdən 2,1 milyard avro təzminat tələb edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*