Goranboyda ağır qəzada ölənlərin şəxsiyyəti bilindi – YENİLƏNİBbackend

Goranboyda ağır qəzada ölənlərin şəxsiyyəti bilindi - YENİLƏNİB

Goranboyda yol qəzasında ölən şəxslərin kimliyi məlum olub.

KONKRET.az APA-ya istinadla xəbər verir ki, qəza nəticəsində 1998-ci il təvəllüdlü F.Məmmədli və 2000-ci il təvəllüdlü T.Qasımlı həyatını itirib.

Qəzaya düşənlər Sumqayıtdan Gəncə şəhərinə istirahətə gedirlərmiş.

Hadisə zamanı hərəkətdə olan “Mercedes” markalı minik avtomobili ilə “Qazel” markalı yük maşını toqquşub.

3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

09:39

Goranboyda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

KONKRET.az-ın xəbərinə görə, Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində “Opel” markalı minik avtomobilinin “Ford” markalı yük maşınına çırpılması nəticəsində 2 nəfər ölüb.

Qəza zamanı 3 nəfər, 2000-ci il təvəllüdlü Eldəniz Babayev,1988-ci il təvəllüdlü Murad Rəhimov və 2001-ci il təvəllüldü Elxan Qocayev isə ağır xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*