Bakı Qazax avtomagistralında iki yük maşını toqquşub.
KONKRET.az-ın məlumatına görə hadisə yolun Goranboy rayonundan keçən hissəsində baş verib. Yük maşını dəmir materiallarla dolu “KamAZ” markalı digər yük maşınına çırpılıb.
Maşınlara ciddi ziyan dəysə də, ilkin məlumata görə ağır xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
