Gorus-Qafan yolundakı kimi Kərki və Əskiparada da Azərbaycan postu olacaq – Şahnazaryanbackend

Gorus-Qafan yolundakı kimi Kərki və Əskiparada da Azərbaycan postu olacaq - Şahnazaryan

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri David Şahnazaryan erməni mediasına müsahibə verib.

KONKRET.az xəbər verir ki, Şahnazaryanın səsləndirdiyi bəzi fikirlər Ermənistanda birmənalı qarşılanmayıb. O bildirib ki, Ermənistan üçün ikinci əsas təhlükə Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyasıdır. Şahnazaryan qeyd edib ki, proses uzun sürməyəcək və nəticədə Gorus-Qafan yolunda olduğu kimi Kərki və Əskipara kəndlərinin yaxınlığındakı ərazilərdə də Azərbaycanın sərhəd və gömrük-keçid məntəqələri yaranacaq.

Şahnazaryan kommunikasiyaların blokdan çıxarılmasını Ermənistan üçün üçüncü böyük təhlükə hesab etdiyini deyib:

“Görünür, onlar artıq bu barədə razılığa gəliblər. Söhbət Azərbaycanı Naxçıvanla birləşdirməli olan marşrutdan gedir. Ermənistanda bütün kommunikasiyaların açılmasından danışırlar” – deyə Şahnazaryan vurğulayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*