Göyçayda 23 və 46 yaşlı iki sakin itkin düşdü – FOTOLARbackend

Göyçayda 23 və 46 yaşlı iki sakin itkin düşdü - FOTOLAR

Göyçay rayonu Potu kənd sakini, 1997-ci il təvəllüdlü Ramiz Hacıyev yanvarın 16-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan KONKRET.az-averilən məlumata görə, Evdən çıxarkən əynində cins şalvar,  qırmızı köynək və qara  rəngli gödəkçə  olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” xidmətinə, həmçinin Göyçay Rayon  Polis Şöbəsinə 020-274-42-91 şəhər və (050) 774-04-91 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

 

Göyçay şəhər sakini, 1974-cü il təvəllüdlü Tərlan İsgəndərov da fevralın 3-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Evdən çıxarkən əynində tünd yaşıl rəngli gödəkçə, cins şalvar və qara  rəngli ayaqqabı  olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Göyçay Rayon  Polis Şöbəsinə 020-274-42-91 şəhər və (050) 774-04-91 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*