Göyçayda hərəkətdə olan avtomobil yandıbackend

Göyçayda hərəkətdə olan avtomobil yandı

Göyçay rayonunda minik avtomobili yanıb.

KONKRET.az-ın məlumatına görə, bu gün axşam saatlarında rayonun Cəyirli kəndi ərazisində hərəkətdə olan sürücü Mürsəlov Salman Hacı oğluna məxsus 23-BG-323 dövlət nömrə nişanlı “OKA” markalı minik avtomobilində qəflətən yanğın baş verib.

Hadisə yerinə Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin iki avtomobili və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı avtomobil tamamilə yanıb, xəsarət alan olmayıb. Yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*