Göygöldə batan şəxsin meyiti tapıldı – YENİLƏNİBbackend

Göygöldə batan şəxsin meyiti tapıldı - YENİLƏNİB

Göygöl rayonunun Ağdağ qəsəbəsi ərazisində, göldə batan 1 nəfərin axtarışları başa çatıb.

FHN-dən KONKRET.az-a verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən axtarışlar nəticəsində batan şəxsin meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

19:54

Göygöl rayonunun Ağdağ qəsəbəsi ərazisində, göldə 1 nəfər batıb.

KONKRET.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə yerinə Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Əlavə məlumat veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*