Göygöldə qadınlar arasında bıçaqlanma, 1 yaralıbackend

Göygöldə qadınlar arasında bıçaqlanma, 1 yaralı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.

KONKRET.az-ın məlumatına görə hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.

Belə ki, 29 yaşlı Novruzova Rəvanə Tofiq qızı qarından aldığı kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

Dərhal qadın əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə 29 yaşlı N.Rəvanə qonşu qadın tərəfindən bıçaqlanıb. Faktla bağlı Göygöl rayon polis şöbəsində araşdırma aparılır.

APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*