Gözəllik salonuna getdiyi üçün ər arvadını hamının gözü qarşısında QƏDDARLIQLA DÖYDÜ – VİDEObackend

Gözəllik salonuna getdiyi üçün ər arvadını hamının gözü qarşısında QƏDDARLIQLA DÖYDÜ - VİDEO

Türkmənistanda gözəllik salonuna getdiyi üçün ər arvadını hamının gözü qarşısında döyüb.

KONKRET.az turkmen.news-a istinadla xəbər verir ki, hadisə Aşqabad yaxınlığındakı Kyoşi rayonundakı “Elit” gözəllik salonunda baş verib.

Bir kişi arvadını türkmən dilində söyür, onu itələyir və otaqdan çıxır. Lakin bir neçə saniyədən sonra geri qayıdır, qışqırır və qadını yerə yıxılana qədər yumruq və təpiklə döyür.

Hücuma qəzəblənən, lakin təcavüzkar kişini dayandırmağa cəsarət etməyən digər qadınlar da hadisəyə şahid olublar.

Qadınlar ona mane olmağa çalışsalar da, bunu bacarmayıblar.

Məlumdur ki, Türkmənistanda qadınlara saçlarını boyamaq, kirpik qoymaq və ya “gözəllik” iynələri vurdurmaq qadağan olunub. Ən sərt qadağa isə dodaq böyütmə, qaş döymə və istənilən cərrahi plastik əməliyyata qoyulub.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*