“Ermənilərlə yaşamaq asan olmayacaq. Hər iki tərəfdən xeyli ailə üzvlərini itirib. Azərbaycan vətəndaşları hər bir itirilən şəhidi ailə üzvü hesab edir. Onların ölümündə birbaşa Ermənistan rəhbərliyi və onun işğalçı əsgərləri günahkardır. Erməni ailələri, anaları, bacıları, ataları və ümumən erməni vətəndaşları da özgə torpaqlarına işğalçı əsgər göndərməklə, onları dəstəkləməklə şovinizm, separatçılıq millətçilik və ədalətsizlik nümayiş etdiriblər”.
KONKRET.az-ın xəbərinə görə, bunu deputat Razi Nurullayev deyib.
“İndi onlarla birgəyaşayış çox çətindir, amma başqa yolumuz da yoxdur. Gərək gözümüzü yumaq və gözləyək görək zamanla yaralarımız sağalarmı? Gərək ermənilər düşünsün ki, onlar gəlib bizim gözümüzün içinə necə baxacaqlar? Bizimlə neçə qonşu evdə yaşayacaqlar? Heç utanacaqlarmı, qızaracaqlarmı? Mən şəxsən inanmıram. Onların yerinə başqası olsa, heç geri qayıtmazdı. Axı hansı üzlə qayıdacaqlar? Azərbaycan pasportu daşımaq, mobil telefonunun ektranında “Qarabağ Azərbaycandır” yazısını görmək, hər yerdə bizim dilimizdə yazıları oxumaq onlara xoş olacaqmı? Bir yandan da, cəhənnəmə xoş olmasın” – R.Nurullayev qeyd edib.Unikal
