Tacikistanda dünən yağan güclü yağışlar nəticəsində 13 nəfər həyatını itirib.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Prezident Emoməli Rəhmonun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, yağışlar 11 nəfərin öldüyü Vəhdət şəhərinə və 2 nəfərin həlak olduğu Rudəki bölgəsinə də düşüb. Rəhmon baş nazirə, eləcə də Fövqəladə Hallar və Mülki Müdafiə Komitəsinə təbii fəlakətdən zərər çəkənlərin ailələrinə yardım göstərməyi tapşırıb:
“Hakimiyyət orqanları da fəlakətin nəticələrinin aradan qaldırılması üçün təcili tədbirlər görməlidir”.

Ağır itgi