Noyabrın 8-də Azərbaycanda Müzəffər Ali Baş Komandanın başçılığı altında rəşadətli Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində qazandığı zəfərin 1-ci ildönümü qeyd olunur.
KONKRET.az xəbər verir ki, bu böyük və tarixi zəfər nəticəsində Ermənistanın çoxillik işğalına son qoyuldu və Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Məhz bu əlamətdar gündə paytaxtın ən böyük topdan və pərakəndə gül satışı mərkəzi olan “GülBazaar” “Zəfər gülü” adlanan xüsusi aksiya keçirib.
Bu gün “GülBazaar”ın əməkdaşları Bakının müxtəlif nöqtələrində qadınlara çoxsaylı gül dəstələri paylayıblar. Xüsusilə qeyd edək ki, aksiya “GülBazaar” ASC-nin uzun müddətdir uğurla gül məhsulları satışını həyata keçirdiyi “AzRose” ASC, “AzAqro” ASC və “BakuRoses” ASC-nin dəstəyi ilə təşkil edilib.
Sabah, yəni noyabrın 9-da da davam edəcək iki günlük “Zəfər gülü” aksiyası çərçivəsində “GülBazaar” 3000-dək gül buketi paylayacaq.
Zəfər Gününüz mübarək!
Qeyd edək ki, Qarabağ küçəsi 47 ünvanında yerləşən “GülBazaar” gül satışı mərkəzində ilin fəsillərindən asılı olmayaraq, çoxlu sayda müxtəlif adda və geniş çeşiddə güllərin satışı həyata keçirilir. “GülBazaar” mərkəzi Bakıda ən tər və yaxşı gülləri ən münasib qiymətlərlə təqdim edir.
“GülBazaar” haqqında Sizi maraqlandıran bütün məlumatları aşağıdakı sosial şəbəkə ünvanlarımızdan əldə edə bilərsiniz:
– “Facebook” – https://www.facebook.com/GulbazaarBaku-Bouquet-100104725270950
– “Instagram” – https://www.instagram.com/gulbazaarbaku.bouquet/
https://www.instagram.com/gulbazaarbaku
Yuxarıda qeyd olunan və daim yenilənən səhifələrə abunə olmaqla, “GülBazaar”ın keçirdiyi kampaniya və aksiyalar barədə ilk xəbər tutan siz olacaqsınız.
Əlaqə nömrəsi: +99477-451-01-05
