Güllə yarası alan erməni əsgər ÖLDÜbackend

Güllə yarası alan erməni əsgər ÖLDÜ

Mayın 28-də güllə yarası alan sıravi erməni əsgər David Vaanoviç Vardanyanın həyatını həkimlərin bütün səylərinə baxmayaraq xilas etmək mümkün olmayıb.

KONKRET.az xəbər verir ki, bu barədə informasiyanı Ermənistan Respublikasının Müdafiə Nazirliyi yayıb.

Mənbə iddia edir ki, dünən saat 10:40 radələrində Azərbaycan Silahlı Qüvvələrinin bölmələri müxtəlif çaplı atıcı silahlardan, o cümlədən snayper tüfənglərindən Ermənistan-Azərbaycan dövlət sərhədinin cənub-şərq hissəsində yerləşən erməni mövqelərini atəşə tutub, nəticədə çağırışçı, sıravi David Vaanoviç Vardanyan güllə yarası alıb.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi erməni tərəfinin məlumatını təkzib edir.

Roman Göytürk,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*