Gürcü parlamentində qalmaqal: İvanişvilinin quluyuqbackend

Gürcü parlamentində qalmaqal: İvanişvilinin quluyuq

Gürcüstanın müxalif millət vəkilləri Tina Bokuçava və Elene Xoştariya parlamentin iclasına Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvilinin üzü təsvir edilmiş maska ilə qatılıblar.

KONKRET.az xəbər verir ki, İrakli Şotadzenin baş prokuror vəzifəsinə namizədliyi ilə bağlı dinləmələr keçirilən zaman zala daxil olan müxalifətçilər İvanişvilinin fotosu olan flayerləri digər deputatlara paylayıblar və “hamı onun quludur” deyiblər.

“Bidzina İvanişvili ölkəni siyasi məhbuslarla idarə etmək üçün Şotadzeni seçdi. Biz bunu dayandıra bilmərik”, – Tina Bokuçava vurğulayıb.

Qeyd edək ki, Şotadze 2015-2018-ci illər arasında baş prokuror vəzifəsini icra edib. 2018-ci ildə o, Tiflisdə iki yeniyetmənin ölümüylə bağlı etiraz aksiyası nəticəsində istefaya gedib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*