Gürcüstan Prezidenti Salome Zurabişvili Belarus Prezidenti Aleksandr Lukaşenkonun işğal altındakı Abxaziyaya səfərini qınayıb.
KONKRET.az xəbər verir ki, bu barədə Gürcüstan Prezidenti özünün “twitter” hesabında paylaşım edib.
“Mən Aleksandr Lukaşenkonun işğal olunmuş Abxaziyaya səfərini qətiyyətlə pisləyirəm. Bu, Gürcüstanın işğal olunmuş ərazilər haqqında qanununun, Belarusla ikitərəfli münasibətlərimizin və beynəlxalq hüquq prinsiplərinin qəbuledilməz şəkildə pozulmasıdır”,- deyə ölkə başçısı qeyd edib.

