Gürcüstan parlamentinin birinci vitse-spikeri Qia Volski hakimiyyətin ölkənin ərazi bütövlüyünü güc yolu ilə bərpa etmək niyyətində olması ilə bağlı ehtimalları təkzib edib.
KONKRET.az xəbər verir ki, o, bu barədə parlamentin brifinqində jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bir sıra qeyri-hökumət təşkilatları Gürcüstan hakimiyyətinin nəzarətində olmayan ərazilərin – Abxaziya və Cənubi Osetiyanın sakinlərinin Gürcüstan hakimiyyətinin ərazi bütövlüyünü güc yolu ilə bərpa etmək imkanını guya nəzərdən keçirməsi barədə məlumatdan təşvişə düşdüyünü bildirir.
“Bu, şübhəsiz ki, doğru deyil” deyə Volski xəbərlərin doğru olmadığını deyib.
Xatırladaq ki, Gürcüstan 1990-cı illərin əvvəllərində baş verən silahlı münaqişələrdən sonra Abxaziya və Sxinvali bölgəsinə (Cənubi Osetiya) nəzarəti itirib və 2008-ci ilin avqust hadisələrindən sonra Rusiya onların müstəqilliyini tanıyıb.
Günel Mikayıl
KONKRET.az
