Gürcüstan Soçi-Batumi dəniz yolunun açılmasına razılıq vermir.
KONKRET.az xəbər verir ki, bu barədə Gürcüstanın Dəniz Nəqliyyatı Agentliyi məlumat yayıb. Bildirilir ki, Soçi-Batumi dəniz yolunun açılması ilə bağlı danışıqların aparılması xəbəri yalandır.
“Gürcüstanın Rusiya limanları ilə dəniz sərnişin daşımaları yoxdur. Bundan əlavə, Rusiya tərəfi Gürcüstan tərəfi ilə əlaqə saxlamayıb. Buna görə də Soçi limanının administrasiyasının hansı danışıqlardan bıhs etdiyini bilmirik”, – deyə agentlik bildirib.
Məlumata görə, Soçi limanının direktoru Yuri Vladimirov bir müddət əvvəl bildirib ki, Abxaziya və Gürcüstana, ilkin olaraq Batumiyə sərnişin daşımalarının həyata keçirilməsi üçün danışıqlar aparılır.
“Morport Sochi”nin direktoru yeni marşrutların açılmasına böyük tələbatın olduğunu bildirib. O, gələn ilin yayından Abxaziya və Gürcüstan istiqamətlərinə dəniz yolunun açılacağına ümid etdiyini qeyd edib.
Xuraman Etibarlı,
KONKRET.az
