Gürcüstan ruslar üçün “işğal rüsumu” təyin etməyi TƏKLİF EDİRbackend

Gürcüstan ruslar üçün “işğal rüsumu” təyin etməyi TƏKLİF EDİR

Gürcüstan ruslar üçün “işğal rüsumu” təyin etməyi təklif edir.

KONKRET.az xəbər verir ki, gürcü nəşri  “Novosti-Georgia” məlumat yayıb. Nəşr bildirir ki, müxalif “Vahid Milli Hərəkat” partiyasının parlament fraksiyası Gürcüstanın işğal haqqında qanununa dəyişiklik etməyi təklif edib.

Deputat Levan Bejaşvili bu gün bildirib ki, təşəbbüs Gürcüstana daxil olan Rusiya vətəndaşları üçün 1000 lari (təxminən 360 dollar) məbləğində “işğal rüsumunun” müəyyən edilməsini nəzərdə tutur.

Bejaşvilinin sözlərinə görə, bir tərəfdən rüsum ödəməklə Gürcüstana daxil olan Rusiya vətəndaşları ölkəsinin “işğalçı” olduğunu başa düşəcəklər. Bundan əlavə, ödənilən məbləğ qaçqınlara yardım fonduna köçürüləcək.

“Eyni zamanda, bu töhfə çəkindirici olmalıdır. Əgər ödəmək istəməsələr, ölkəyə belə girə bilməyəcəklər”, – deputat deyib.

“Biz parlamentə, hökumətə, cəmiyyətə konkret çətin vəziyyətdən çıxış edərək qanunvericiliyə dəyişiklik etməyi təklif edirik. Bildiyiniz kimi, Rusiya vətəndaşlarının nəzarətsiz axını çox böyük miqyas alıb ki, bu da ölkənin daxili təhlükəsizliyi, maliyyə məsələləri və böyük risklərlə bağlıdır. Gürcüstanın işğal haqqında qanununa dəyişiklik təşəbbüsü ilə partiyamız bu proses üçün siyasi ərizə təqdim edir”, – deyə Bejaşvili bildirib.

Gürcüstan Daxili İşlər Nazirliyinin açıqladığı statistikaya əsasən, sentyabrın 17-dən sentyabrın 26-dək Rusiya Federasiyasının 78 742 vətəndaşı Gürcüstana daxil olub. Həmin dövrdə Rusiya Federasiyasının 62 120 vətəndaşı Gürcüstanı tərk edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*