Gürcüstan və Abxaziya arasında GƏRGİNLİK ARTIRbackend

Gürcüstan və Abxaziya arasında GƏRGİNLİK ARTIR

Abxaziya silahlı qüvvələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

KONKRET.az xəbər verir ki, bu barədə tanınmamış ölkənin müdafiə naziri Vladimir Anua bildirib.

Onun sözlərinə görə, bu qərara səbəb NATO-nun Gürcüstanda keçirdiyi təlimlərdir.

“Bu, Tbilisinin döyüşkən ritorikasından və Şimali Atlantika Alyansına qoşulmaq kursundan əl çəkmədiyini göstərir. Bundan əlavə, regionda hərbi-siyasi vəziyyət artıq gərgindir. Vəziyyətin gərginləşəcəyi təqdirdə silahlı qüvvələr dövlətin suverenliyini qorumaq vəzifəsini yerinə yetirməyə hazırdır”, – deyə Anua bildirib.

XuramanEtibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*